Evdə 700-cü qol

“Qarabağ” ölkə çempionatlarında 700-cü ev qolunu vurub. Allsport.az saytı xəbər verir ki, yubiley qolunu Bədavi Hüseynov vurub. Təcrübəli müdafiəçi 8-ci turda “Keşlə” ilə (6:1) oyununda vurulan 2-ci qolun müəllifi olub.

Bu qarşılaşmayadək hesabında 698 top olan “köhlən atlar” öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdam təmsilçisi 700-cü qolunu 396-cı ev oyununda vurub.

“Qarabağ” ölkə çempionatlarında ilk ev qolu 1992-ci il mayın 3-də vurulub. Sabirabad “İnşaatçı”sı ilə qarşılaşmada (1:2) hesabı açan Mehman Alışanov həm də Azərbaycan çempionatı tarixində ilk qolun müəllifi olub.

Həmin kateqoriyadan