- Baxış sayı: 43
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 149
- Sentyabr 23, 2026
- 0
İspaniya La Liqasında 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Sevilya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılıb. İsrafilovun adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Eybar” hazırda 13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.