“Fənərbağça” yoldaşlıq görüşündə “Zenit”i məğlub edə bilməyib

“Fənərbağça” Şükrü Saracoğlu adına stadionda “Zenit”i qəbul edib.

Allsport.az xəbər verir ki, oyunda iki tərəf də bir-birinə üstün gələ bilməyib. İlk qolu “sarı-göylülərin” oyunçusu Mərt Xaqan vurub. Rusiya komandası 21-ci dəqiqədə Malkom və 42-ci dəqiqədə Klaudinyo ilə fərqi 2 qola çıxarsa da, 68-ci dəqiqədə Bora Aydınlıq hesabı bərabərləşdirib. Yekunda oyun 2:2 heç-heçə ilə yekunlaşıb. Matç xeyriyyə xarakterli idi və gəlirlər Türkiyədə zəl-zələdən zərərçəkən insanlara bağışlanıb.

Matçın ikinci hissəsində “Fənərbağça” azarkeşləri ilə rusiyalı azarkeşlər arasında mübahisə yaşanıb. Polis qüvvələri rusiyalı azarkeşləri stadiondan sıxışdırıb.

51-ci dəqiqədə Mert Xaqan Yandaşla Bakaev arasında əsəblər gərginləşib.

Bakayevin sərt hərəkətinə reaksiya verən Mert Hakanla futbolçu arasında qısamüddətli gərginlik yaşanıb. 

Həmin kateqoriyadan