“Fərdi səhvlərə görə xalsız qalırıq”

“Qəbələ” premyer liqanın 11-ci turunda səfərdə “Sumqayıt”a 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Elmar Baxşıyev bunu deyib:

“Müəyyən səbəblərə görə oyuna çox ciddi itkilərlə çıxmışdıq. Çətin olacağını bilirdik. Oyun öncəsi  də gənclərə inandığımızı futbolçulara demişdik. Gənc oyunçulara şans versək, onların özlərini doğruldacağına inanırdıq. Komanda şəklində yaxşı və məzmunlu oyun göstərib qalib gəldik.

Qol imkanlarından yararlanmamağın üzərində daim işləyirik. Məşq prosesi və oyun fərqli olur. Futbolçular matç zamanı stress altında qərar verir. Həmin epizodları yaratmaq da güc, qüvvə tələb edir.

Mən istədiyim komandanı, məşqlərdə üzərində çalışdığımız elementləri meydanda da görürəm. Komanda uduzanda oyun planında iradım olmur, fərdi səhvlərə görə xalsız qalırıq. Getdikcə həmin epizodlara daha yaxşı konsentrasiya ilə yanaşıb imkanları dəyərləndirəcəyik”.

Həmin kateqoriyadan