Fəxri kürsüyə çıxan badmintonçular

Badminton üzrə ölkə çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, 1 saylı idman liseyinin badminton zalında 5 kateqoriya üzrə qaliblərin adlarına aydınlıq gəlib.

Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo birinci olub. Ezmi QovimuramadhoniOrxan Qələndərov isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüb.

Qadın badmintonçuların şəxsi yarışında ən güclü adını Nigar Əliyeva qazanıb. Fidan Salmanova ikinci, Zülfiyyə Hüseynova isə üçüncü yeri tutub.

Kişilərin qoşa yarışında Ezmi Qovimuramadhoni-Cahid Əlhəsənov tandemi bu kateqoriya üzrə qalib olub. Kənan Rzayev-Səbuhi Hüseynov qoşası ikinci, Rəvan Niftəliyev-Aqil Qəbilov ikilisi isə üçüncü yeri bölüşüb.

Qadınların qoşa yarışında Azərbaycan çempionu adına Nigar Əliyeva-Nərmin Şərifova layiq görülüb. Mədinə Nağıyeva-Fatimə Əşrəfova gümüş, Adilə Mehdiyeva-Alla Vlasyuk isə bürünc medal qazanıb.

Qarışıq-qoşa yarışlarında Səbuhi Hüseynov-Zülfiyyə Hüseynova qələbəni bayram edib. Rəvan Nifətliyev-Nigar Əliyeva bu kateqoriya üzrə ikinci, Cahid Əlhəsənov-Anna Jeleznyak isə üçüncü yeri tutub.

Azərbaycan çempionatında 38 qadın və 58 kişi badmintonçu çıxış edib. Bakı ilə yanaşı, Quba, Qusar, Gəncə və Lənkərandan 30 iştirakçı olub.

Həmin kateqoriyadan