- Baxış sayı: 29
- 06 Avqust 2026 17:08
- Baxış sayı: 180
- Avqust 05, 2026
- 0

Bu gün premyer liqanın 15-ci turunda “Turan Tovuz” evdə “Sumqayıt”la 2:2 oynadı.
Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov açıqlama verdi:
“Oyunun gərgin keçəcəyi bəlli idi. Təəssüf ki, ilk hissədə rəqibin azsaylı hücumları qollarla nəticələndi.
Fasilədə futbolçulara bu oyunu çevirməyin mümkünlüyünü qeyd etdim. İkinci yarıya yaxşı başladıq və hesabda tarazlığı bərpa etdik”.