“Fasilədən sonra yenidən oyun əlaqələri qaydasına saldıq”

“Zirə” premyer liqanın 20-ci turunda səfərdə “Səbail”i 3:1 yenib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qalib komandanın baş məşqçisi Zaur Həşimov bunu deyib:

“Son turlarda “Səbail” inamlı çxış edirdi. Rəqibdən fərqli olaraq, dörd turdu qələbə qazana bilmirdik. Yaxşı başladıq, amma sonra təşəbbüsü əldən verdik. Fasilədən sonra yenidən oyun əlaqələri qaydasına saldıq və qələbə qazana bildik”.

Həmin kateqoriyadan