Fateh Tərim: “Qələbəmiz sürpriz deyil”

Avropa liqasının 2-ci təsnifat mərhələsində keçirilən “Neftçi” – “Qalatasaray” (1:3) oyunundan sonra Türkiyə klubunun baş məşqçisi Fateh Tərimin mətbuat konfransı təşkil edilib. Allsport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

“Oyuna nəzarət bizdə idi. Matça əla başlamışdıq. Futbolçularımdan razıyam. Yaxşı mübarizə apardılar. Xeyli qol epizodumuz oldu. Qolu da “ölü top”dan buraxdıq. “Neftçi” yaxşı komandadır, yaxşı mübarizə apardı. Bizə yüksək tempdə cavab verdilər. Onlara uğurlar arzulayıram. Bizim qələbə qazanmağımız sürpriz deyil. Biz uduzsaydıq və ya daha zəif oynasaydıq, bu, sürpriz olardı. Amma meydanda “dişli” bir rəqib gördük”.

Həmin kateqoriyadan