Fazil Pərvərov: AFFA təqadümü mənimsəyir, halallıq vermirəm

“Kəpəz”in veteran futbolçusu Fazil Pərvərov sosial şəbəkədə AFFA tərəfindən təqaüdünün mənimsədildiyini və Oqtay Abdullayevin həmin pulun verilməsini vəd etsə də, təqaüdün hələ də ona çatmadığını yazıb. Allsport.az saytı xəbər verir ki, 50 yaşlı keçmiş hücumçusu məsələ ilə bağlı bunu qeyd edib:

“Azərbaycan çempionu – 3 dəfə, gümüş, bürünc mükafatçısı, Azərbaycan bombardiri, “Kəpəz”in heyətində ən çox qol vuran futbolçu, amma işsiz. Oqtay Abdullayev söz verib ki, sənə pensiya verəcəyik, amma 50-ni keçdik, vermədilər, 65-ə qədər nə yeməliyik?

Ömrümüzü futbola verdik ki, ac yaşayaq? AFFA Bakıda və Gəncədə müəyyən veteranlara “qızıl pensiya” verir, mənim də “pensiya”mı yeyir, halallıq vermirəm”.

Həmin kateqoriyadan