- Baxış sayı: 42
- 23 Sentyabr 2026 23:52
- Baxış sayı: 167
- Sentyabr 23, 2026
- 0
FİFA referisi Əliyar Ağayev millətlər liqasına təyinat alıb.
Allsport.az saytı xəbər verir ki, Danimarka – İrlandiya oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. 6-cı hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Qapıların yanında Rəhim Həsənov və Orxan Məmmədov dayanacaqlar.
Danimarka – İrlandiya matçı noyabrın 19-da Orxus şəhərinin Ceres Park stadionunda keçiriləcək.