- Baxış sayı: 30
- 25 Aprel 2024 10:42
- Baxış sayı: 36
- Aprel 23, 2024
- 0
“Səbail”in futbolçusu Lema Mabidi 4 il çıxış etdiyi “Raca Kasablanka”nı FIFA-ya şikayət edib. Allsport.az “sport365” nəşrin istinadla xəbər verir ki, konqolu yarımmüdafiəçi klubun ona borcu olduğu üçün ali futbol qurumuna şikayət etməli olub.
Mərakeş klubu ona yeni müqavilə təklif etsə də, Lema 2019-cu ilin yayında komandadan ayrılıb.
“Mənimlə müqaviləni daha 2 mövsüm uzatmaq istəyirdilər. Dedim ki, borcumu ödəməsələr, danışıq olmayacaq. Ancaq imtina etdilər”, – 26 yaşlı futbolçu deyib.
FİFA-nın qərarına əsasən, “Raca Kasablanka” futbolçuya 280 min dollar ödəməlidir.
Mabidi bu ilin fevralına “Səbail”ə keçib.