FIFA və UEFA-dan başsağlığı məktubu

Allsport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar FIFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.

Müvafiq olaraq, FIFA-nın prezidenti Gianni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, “Qarabağ”a, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına FIFA və UEFA adından başsağlığı verilib.

Həmin kateqoriyadan