- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi”nin Türkiyə təlim-məşqdə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” iyunun 30-da “Fənərbağça Topuq Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın “Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.
Komandamız yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.
Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. İyunun 20 və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.