- Baxış sayı: 38
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Neftçi”nin müşahidə şurasının növbəti iclası keçirilib.
Allsport.az xəbər verir ki, iclasda əsas komandanın 2019/2020-ci illər mövsümünün ilk yarısındakı nəticələri və klubun fəaliyyəti müzakirə olunub. Klubdakı fəaliyyətə müsbət rəy verilsə də, əsas komandanın çıxışı, xüsusilə Azərbaycan kubokundan kənarda qalması qənaətbəxş hesab edilməyib.
Müşahidə şurasının üzvləri icra orqanına fikirlərini bildirib, məşqçi və futbolçu heyəti ilə bağlı iradlarını çatdırıblar. Əsas komandanın qarşısına növbəti iki dövrədə maksimum nəticə qazanmaq tələbi qoyulub.