Flaqmanın hazırlıq planı

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 4-dən 21-dək “İsmət Qayıbov”da təlim-məşq keçəcək.

Yerli futbolçular yanvarın 4-də, legionçular isə ayın 7-dək bir araya gələcəklər. Toplanış çərçvəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayın 9-da baş tutacaq matçın məkanı, saatı və rəqib haqda daha sonra məlumat veriləcəyi bildirilib.

“Ağ-qaralar” premyer liqada növbəti görüşünü yanvarın 21-də keçirəcək. Bayraqdar “Səbail”in qonağı olacaq.

Həmin kateqoriyadan