Fransa millisinə çağırıldığı üçün bal ayını yarımçıq kəsən futbolçu bir dəqiqə də oynamayıb

Fransa millisinə çağırıldığı üçün bal ayını yarımçıq kəsən futbolçu bir dəqiqə də oynamayıb

Zədəli Adrien Rabionun əvəzinə Fransa millisinə çağırılan “Aston Villa”nın yarımmüdafiəçisi Bubakar Kamara, AVRO-2024-ün seçmə mərhələsində onlar üçün bir dəqiqə də oynamayıb.

Allsport.az xəbər verir ki, futbolçu Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq (3:0) və Yunanıstan (1:0) ilə iyunda keçiriləcək oyunlara dəvət alsa da, meydana çıxmayıb.

Kamara milli komandaya çağırılmaq üçün həyat yoldaşı Korali Porrovekio ilə bal ayını yarımçıq qoyaraq istirahətini təxirə salıb.

Həmin kateqoriyadan