- Baxış sayı: 39
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “A” seriyasında “Napoli”yə məğlubiyyəti (1:2) şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis futbolçularını tərifləyib:
“Uşaqlar çox yaxşı oynadılar, qol vurmaq üçün yaxşı imkanlarımız oldu, lakin onlardan yararlana bilmədik. Bu, böyümə prosesinin bir hissəsidir – böyük matçlarda tarazlıq tapmaq lazımdır.
Düşünmürəm ki, “Napoli”nin çoxlu dəqiq qol imkanlarını oldu, sadəcə fürsətlərimizin çoxunu qaçırdıq. Biz də inadla oyunu cinahlara uzatmaq əvəzinə mərkəzi yarıb keçməyə çalışırdıq.
Təəssüf ki, əliboş gedirik, amma bu səviyyədə oynamaq təcrübəmiz var. Bəzi situasiyalarda daha ayıq-sayıq olmaq lazım idi”.