- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Premyer liqanın 4-cü turunun “Neftçi” – “Qəbələ” oyununa komandalar xüsusi pankartla çıxıb. Allsport.az xəbər verir ki, “Dalğa Arena”da keçirilən matçdan öncə cəbhə bölgəsindəki vəziyyətlə əlaqədar orduya dəstək məqsədilə tərəflər üzərində “Biz Birlikdə Güclüyük” şüarı qeyd olunan banneri nümayiş etdirib.
Daha sonra Azərbaycanb Respublikasının dövlət himni səsləndirilib. Ardınca stadiondakı monitorda bu gün erməni işğalından azad edilən ərazilərlə bağlı Müdafiə nazirliyinin açıqlaması təqdim edilib.