“Futbolçular psixoloji və mental olaraq yükləniblər“

“Sumqayıt” premyer liqanın 23-cü turunda evdə “Turan Tovuz”la 0:0 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, ev sahibinin baş məşqçisi Samir Abbasov oyun haqda danışıb

“Zirə” ilə oyundan sonra çox narahatçılıq var idi. Bərpa ola bilmədik. Buna səbəb də, futbolçuların sıx qrafikdə yorğun olmaqları idi. Söhbət fiziki bərpadan getmir, dincəlməyə vaxtımız oldu. Futbolçular psixoloji və mental olaraq yükləniblər. Onlara təşəkkür edirəm. Bir xalın səbəbi də intizamlı oynamaqları idi. Rəqibə çox şans vermədik. Bundan sonrakı oyunlara köklənməliyik. Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Həmin kateqoriyadan