“Futbolçularımı meydandadakı davranışına və yanaşmasına görə təbrik edirəm“

Premyer liqanın 15-ci turunda “Neftçi” doğma meydanda “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. Allsport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu oyunla bağlı öz fikirlərini bölüşüb:

“Çətin oyun oldu. “Zirə” yaxşı təşkilatlanmış komandadır. İlk yarıda bərabərsəviyyəli oyun gedirdi. İkinci hissədə daha yaxşı idik. Futbolçularımı meydandadakı davranışına və yanaşmasına görə təbrik edirəm. Onlar döyüşkən ruh göstərdilər.

Məni daha da sevindirən amil odur ki, meydana sonradan daxil olanlar özlərini yaxşı tərəfdən göstərdi. Hər biri komandaya xeyir verdi. Sonda bu cür çətin oyunda qalib gəldik”.

Həmin kateqoriyadan