“Futbolçuların üzərinə getmək doğru olmaz”

Premyer liqanın 25-ci turunda “Sumqayıt” evdə “Kəpəz”ə 1:3 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov oyun haqda danışıb:

“Oyunumuzda nələrin alınıb-alınmadığını indi deyə bilmirəm. Futbolçuların üzərinə getmək doğru olmaz. Çox üzgündürlər. Qələbə qazanmaq istəyirdilər. Planlaşdırmadığımız bir məğlubiyyətlə üzləşdik. Növbəti oyunlarda bunun əvəzini çıxmağa çalışacağıq”.

Həmin kateqoriyadan