- Baxış sayı: 21
- 19 Aprel 2024 23:25
- Baxış sayı: 44
- Aprel 18, 2024
- 0
Almaniya Qərb Regional Liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə “Şalke II” ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının düşərgəsindən zədəli qayıdan Ərat komandasına bu oyunda kömək edə bilməyib.
Qeyd edək ki, Toğrulun komandası hazırda 22 xalla 19 klub arasında 9-cu pillədə qərarlaşıb.