Futbolumuzun ağası argentinalı səfiri qəbul etdi

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Argentina respublikasının ölkəmizdəki səfiri Serxio Osvaldo Peres Qunelya ilə görüşüb.

Allsport.az xəbər verir ki, görüşdə Azərbaycan və Argentinanın futbol qurumları arasında qarşılıqlı əlaqələr, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfir müzakirələrdən razılığını ifadə edib, bugünkü görüşü 2019-cu ildə keçirilmiş ilk görüşün davamı olaraq qiymətləndirdiyini vurğulayıb,

Həmin kateqoriyadan