Füzuli Məmmədov: Bizim üçün çətin oyun oldu

“Neftçi”nin məşqçisi Füzuli Məmmədov 6-cı turda “Səbail” klubu ilə matç sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, baş məşqçi Roberto Bordinin adından komandaya dəstək olan hər kəsə, azarkeşlərimizə təşəkkürünü bildirib:

“Hesabın 4:0 olmasına baxmayaraq, bizim üçün çətin oyun oldu. Yaxşı hazırlaşmışdıq və meydana qələbə qazanmaq üçün çıxmışdıq. Futbolçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Baş məşqçimiz Roberto Bordinin adından bütün kollektivə, bizə dəstək olan hər kəsə, azarkeşlərimizə təşəkkür edirəm”.

 

Həmin kateqoriyadan