Füzuli Məmmədov: “Hesab deməsin ki, asan oyun oldu”

Premyer liqada 20-ci turun “Neftçi” – “Sabah” (4:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov fikrini bölüşüb. Allsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis görüş barədə fikirlərini bildirib:

“Hesab deməsin ki, asan oyun oldu. Xüsusilə ilk hissə çətin keçdi. Bu cür futbolu gözləyirdik. Uşaqlar da tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar, əzmkarlıq göstərdilər. Güclü futbolçulardan qurulmuş komandaya qarşı yaxşı oyun göstərib, qalib gəldik.

Keçən matçda da pis oynamamışdıq, sadəcə, sonradan qol vura bilməyib, əvəzində, bir səhvlə qapımızda qol görmüşdük. Bu gün qalib gəlib, azarkeşlərimizi sevindirməyi çox istəyirdik. Buna nail olduq. Futbolçulara təşəkkür edirəm”.

Həmin kateqoriyadan