Füzuli Məmmədov: Hücumda daha aqressiv olmalı idik

“Neftçi” premyer liqanın 8-ci turunda səfərdə “Sumqayıt”la qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Füzuli Məmmədov fikrini bölüşüb:

“İndiki vəziyyətdə futbolçuları psixoloji cəhətdən oyuna kökləmək çətin olur. Bunun üçün əlimizdən gələni etmişdik. Düşünürəm ki, komanda üzvləri onlara verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar.

Rəqibi təhlil edib planımızı qurmuşduq. Sadəcə, hücumda bir az kəsərsiz idik, daha aqressiv olmalı idik. Qələbə qazanmaq üçün əlmizdən gələni etdik, amma penaltidən qol buraxıb məğlub da ola bilərdik. Həmin epizodda qapıçımız yaxşı oynadı, onu təbrik edirəm. Artıq qarşıdakı matça hazırlaşacağıq”.

Həmin kateqoriyadan