- Baxış sayı: 32
- 07 Avqust 2026 13:52
- Baxış sayı: 192
- Avqust 05, 2026
- 0

Premyer liqada 17-ci turun “Neftçi” – “Keşlə” (3:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.
Allsport.az xəbər verir ki, o, qələbə barədə fikirlərini bildirib:
“Bilirdik ki, çətin oyun olacaq. Ciddi hazırlaşmışdıq. Rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik. Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik”.