Füzuli Məmmədov: “Oyun tam ürəyimizcə olmadı”

“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov premyer liqanın 18-ci turunda “Qəbələ”yə səfərdə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında fikirlərini açıqlayıb.

Allsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis qələbəni şərh edib:

“Oyun tam ürəyimizcə olmadı. İlk hissədəki oyunu fasilədən sonra da göstərməliydik. Bununla belə, futbolçular meydanda çox əziyyət çəkdilər. Qələbə hesabını qorudular.

Düşünürəm ki, “Qəbələ” sonuncu yerə layiq deyil. Bu qələbədə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Uzun məsafə qət edib, bizi burada dəstəkləyən azarkeşlərimizə “çox sağ ol” deyirik. İnanıram ki, getdikcə daha da yaxşı oynayacağıq”.

Həmin kateqoriyadan