“Gələcəyimlə bağlı şayiələr məni maraqlandırmır”

Allsport.az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandanın zəif nəticələri fonunda London klubundan mümkün qovulması ilə bağlı şayiələrə cavab verib:

“Gələcəyimlə bağlı şayiələr məni maraqlandırmır. Məni matçlar öncəsi lazımsız gərginlik, medianın təzyiqi xoşuma gəlmir. Mən heç bir stressə əhəmiyyət vermirəm.

Komandam hazırkı vəziyyətdən yaxşı xəbərdardır. Biz sadəcə olaraq çox işləməyə və məşq etməyə davam edəcəyik”.

Həmin kateqoriyadan