Gəncə idman liseyi 1-ci olub  

Gəncədə 12 yaşlı qızlar arasında “Bahar turniri” keçirilib.

Allsport.az xəbər verir ki, turnirdə 8 komanda iki qrupda mübarizə aparıb.

Qrupda ilk 2 yerə tutan komandalar pley of mərhələsində üz-üzə gəlib.

Gəncə İdman liseyi turnirin qalibi, 2-ci və 3-cü yeri isə müvafiq olaraq, 37 nömrəli tam orta məktəb və 7 nömrəli tam orta məktəb tutub.

37 nömrəli tam orta məktəbin şagirdi Aytac Bəşirzadə 17 qolla turnirin ən məhsuldar oyunçusu olub.

Gəncə İdman liseyinin şagirdi Səma Bəşirova ən yaxşı oyunçu, 37 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Abuzərli isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk 3 yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın qadın futbolu departamentinin rəisi Əminə Həsənova, U-17 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova və U-15 (qızlar) yığmasının baş məşqçisi Xanlar Əliyev təqdim edib. 

Layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasının, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. Gəncə şəhər stadionunda baş tutmuş tədbirə ümumilikdə 74 yeni qız futbolçu qeydiyyatdan keçirilib. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.

Həmin kateqoriyadan