Gəncədə heç-heçə qeydə alındı

Bu gün Topaz Premyer Liqasında 14-cü tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Kəpəz” doğma meydanda “İnter”i qəbul edib. Qarşılaşma qolsuz başa çatıb. Halbuki, “İnter” birinci hissədə penalti vurmaq şansı qazanmaqla hesabı açmağa çox yaxın olub. Lakin “Kəpəz”in qapıçısı Tadas Simaitis rəqib futbolçu Nizami Hacıyevin zərbəsini dəf etməklə, komandasını qoldan xilas edib. Nəticədə, tərəflər hərəyə 1 xal qazanmaqla kifayətlənməli olublar.

Topaz Premyer Liqası
14-cü tur

27 noyabr (cümə)

“Kəpəz” – “İnter” – 0:0
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Nahid Əliyev, Ziya Nəsirov.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 15. Azad Kərimov, 18. Tural Axundov (k), 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 68. Rəşad Eyyubov, 27. Bəxtiyar Soltanov, 7. Junior Osvaldo, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 19. Aleksandr Sitnik, 6. Ceyhun Cavadov, 21. Xəzər Qəribov, 99. Əli Səmədov.
Baş məşqçi: Şahin Diniyev.
“İnter”: 1. Səlahət Ağayev (k), 5. Denis Silva, 6. Laşa Salukvadze, 8. Nizami Hacıyev, 14. Zurab Xizanişvili, 15. Stepan Polyak, 20. Yuri Fomenko, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 88. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 4. Laşa Kasradze, 10. Elnur Abdullayev, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 22. İlkin Qırtımov, 77. Emilian Vila.
Baş məşqçi: Zaur Svanadze.

Turun digər oyunları: 28 noyabr (14:30. AzAL – “Sumqayıt”, 16:30. “Zirə” – “Xəzər Lənkəran”). 29 noyabr (17:00. “Neftçi” – “Qarabağ”). 30 noyabr (17:00. “Qəbələ” – “Rəvan”).

Bombardirlər:
6
– Riçard Almeyda (“Qarabağ”).
5 – Ruslan Qurbanov (“Neftçi”), Aleksey Antonov (“Qəbələ”), Dieqo Martins (“İnter”).

Həmin kateqoriyadan