Gəncədə yeni futbol akademiyası

Bu gün “Kəpəz” klubunun nəzdində məşq mərkəzi və futbol akademiyasına baxış keçirilib.

Allsport.az xəbər verir ki, mərkəz və akademiya FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa edilib.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Rauf Əliyev, Vaqif Sadıqov, icraiyyə komitəsinin digər üzvləri İsgəndər Cavadov, Elmar Məmmədyarov, Fərid Mansurov, Könül Mehtiyeva, baş katib Sərxan Hacıyev və “Kəpəz” klubunun idarə heyətinin sədri İlqar Nadiri iştirak ediblər. AFFA rəhbərliyi akademiyada yaradılan şəraitlə tanış olublar.

Burada akademiya üçün 52 nəfərlik 8, əsas komanda üçün 44 nəfərlik 16 otaq, 1 restoran, 1 mətbəx, fitnes, sauna, 4 paltardəyişmə otağı, tibb otaqları, iclas otağı var. Bu idman qurğusunda “Kəpəz” PFK əməkdaşları üçün ofis, inzibati heyət üçün otaqlar, istirahət otağı, camaşırxana, texniki və xidməti otaqlar da yer alıb.

Qeyd edək ki, akademiyadakı bütün otaqlar zəruri avadanlıqlarla təchiz olunub.

Həmin kateqoriyadan