“Gənc komandamız var”

“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes İngiltərə kubokunun 1/4 finalında “Liverpul” üzərində qazanılan qələbəni (4:3) şərh edib.

Allsport.az xəbər verir ki, o, komandasını tərifləyib:

“Bizim gənc komandamız var, gənc oyunçuların vaxta ehtiyacı var və oynamaq şansı əldə etdikdə onlar “Mançester Yunayted”də oynamaq keyfiyyətinə malik olduqlarını göstərməlidirlər.

100% veririk, hər zaman hər şeyi veririk, amma bu klubda həmişə yüksək standartlara malik olmalıyıq. Bu oyunun bir hissəsidir”.

Həmin kateqoriyadan