“Geridönüş edə bilmədik”

“Keşlə” premyer liqanın 12-ci turunda evdə “Səbail”ə 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, matçdan sonra meydan sahibinin məşqçisi Zaur İsmayılov bunu söyləyib:

“İki fərqli hissə izlədik. Oyunun əvvəlində rəqib əlinə düşən imkanlardan istifadə edərək, önə keçdi. Fasilədən sonra qol vəziyyətləri yaratsaq da, geridönüş edə bilmədik.

Komandamız pis oynamadı, sadəcə yaratdığımız şanslardan istifadə edə bilmədik. Fasiləyədək 1 oyunumuz qalıb və hazırda bütün diqqətimizi “Neftçi” ilə səfər matçına yönəltmişik”.

Həmin kateqoriyadan