“Golden boy-2023” mükafatına namizədlər bəlli oldu

2023-cü il “Golden Boy” mükafatına namizədlərin yekun siyahısı məlum olub.

Allsport.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşri Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizə aparan 25 nəfərin siyahısını dərc edib:

Çud Bellinqem (“Real”, İspaniya), Camal Musiala (“Bayern”, Almaniya), Xavi Simons (“Leyptsiq”, Almaniya), Antonio Silva (“Benfika”, Portuqaliya), Alexandro Balde (“Barselona”, ​​İspaniya), Florian Virtz (“Bayer”, Almaniya), Benjamin Şeşko (“Leyptsiq”, Almaniya), Corcio Skalvini (“Atalanta”, İtaliya), Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Levi Kolvill (“Çelsi”, İngiltərə), Yohan Bakayoko (PSV, Niderland), Miloş Kerkez (“Bornmut”, İngiltərə), Artur Vermeeren (“Antverpen”, Belçika), Evan Ferqyuson (“Brayton”, İngiltərə), Lukas Qurna-Duat (“Zalsburq”, Avstriya), Varren Zair-Emri (PSJ, Fransa), Usman Diomande (“Sportinq”, Portuqaliya), Arnau Martines (“Jirona”, İspaniya), Matis Tell (“Bayern”, Almaniya), Andi Diuf (“Lans”, Fransa), Arda Gülər ​​(“Real”, İspaniya), Bilal El-Hannus (“Genk”, Belçika), Martin Baturina (“Dinamo”, Xorvatiya ), Joao Neveş (“Benfika”, Portuqaliya), Lamin Yamal (“Barselona”, ​​İspaniya).

Həmin kateqoriyadan