“Gözəl oyun keçirdik”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə kubokunun 1/4 finalında “Mançester Yunayted”ə məğlubiyyəti (3:4) şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis futbolçularından razı qaldığını bildirib:

“Liverpul” matça zəif başladı, amma sonda çox yaxşı uyğunlaşdıq və gözəl oyun keçirdik. 2:1 hesabı ilə nəticəni öz xeyrimizə həll etmək üçün o qədər imkanlarımız oldu ki, bəzi epizodlarda futbolçular tələsdi, qalanı isə tarixdi. Demək olar ki, əlavə vaxtda məqsədimizə çatırdıq, amma sonda məğlub olduq. Mən oğlanlardan daha çox şey istəyə bilmərəm”.

Həmin kateqoriyadan