“Gözlənilməz hadisələr baş verdi“

Premyer liqanın 25-ci turunda “Zirə” evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, bakılıların baş məşqçisi Rəşad Sadıqov oyun haqda danışıb:

“Birinci hissə bizim üçün olduqca ağır keçdi. Gözlənilməz hadisələr baş verdi. Əslində oyuna çox yaxşı başlamışdıq. Məqsəd zədələndi, meydanda azlıqda qaldıq. Rəqib dərhal bundan istifadə etdi və hesabda irəli çıxdı.

Bundan sonra oyunu düzəltməyə çalışırdıq ki, Rafael Utsiq zədələndi. Meydana buraxmağa hücumameyilli oyunçumuz yox idi. Yenə də dəyişiklik edib mübarizəmizi davam etdik.

Həmin kateqoriyadan