Güllə və stend atıcılığı üzrə federasiya kubokunun qalibləri

Bakı atıcılıq mərkəzində güllə və stend atıcılığı üzrə federasiya kubokunun 3-cü mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, hər 2 növ üzrə fərdi və qarışıq komanda yarışlarında 100-ə yaxın idmançı iştirak edib.

Yekun nəticəyə görə, güllə atıcılığında Xanna Əliyeva, Nuranə Əliyeva, Zərifə Qasımova, Ruslan Lunyov, Ramiz Xəlilov, Hacı Musayev, stend atıcılığında Regina Meftəhəddinova, Aydan Camalova, Fuad Qurbanov, Mirmömin Ağazadə fərdidə qalib olublar.

Ruslan Lunyov – Nigar Nəsirova, Üzeyir Tapdıqlı – Jalə Bayramova cütlükləri güllə, Mirmömin Ağazadə – Alina Rəfixanova cütlüyü stend atıcılığı üzrə qarışıq komanda yarışında 1-ci yeri tutublar.

Həmin kateqoriyadan