Gündoğanın taleyi arvadının əlindədir

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanın həyat yoldaşı Sara Gündoğan, ərinin növbəti klubunun müəyyənləşməsində həlledici rol oynaya bilər.

Allpsort.az xəbər verir ki, “Arsenal” və “Barselona” almaniyalı futbolçu ilə maraqlanır. “Siti” isə oyunçu ilə müqaviləni uzatmaq ümidini itirmir.

Gündoğanın həyat yoldaşı Sara, “Barselona” azarkeşidir və ərini Katalon komandasına keçməyə razı salmağa çalışır. Bu gözəlliklə çoxda çətin olmayacaq.

İlkay “şəhərlilər” ilə yeni müqavilə imzalamasa, iyun ayının sonunda azad agentə çevriləcək – klub qışda bunu etməyə çalışsa da, almaniyalı yeni razılaşmadan imtina edib.

Sara 1995-ci ildə Fransada anadan olub. Sonradan ailəsi İtaliyaya köçüb. O, peşəkar model, TV aparıcısı, aktrisa və bir sıra realiti-şouların iştirakçısıdır.

Həmin kateqoriyadan