- Baxış sayı: 32
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

2020/21 mövsümünün 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini həll edib. Allsport.az saytı xəbər verir ki, Mehdi Şərifi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Güney azərbaycanlı ötən mövsüm bu klubun heyətində 16 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, “Sepaxan” (74 oyun, 27 qol), “Traktorsazi” (37 oyun, 4 qol) və son olaraq isə “Persepolis” (4 oyun) klublarının da şərəfini qoruyub.
28 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə ölkə kubokunun qalibi olub (2012/13, 2018/19).