- Baxış sayı: 49
- 08 Noyabr 2026 13:57
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Gürcüstan millisinin müdafiəçisi Saba Qoqliçidze İtaliyada klubunu dəyişərək “Empoli”dən “Udineze”yə keçib.
Allsport.az xəbər verir ki, Qoqliçidze yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
“Udineze” 21 yaşlı futbolçunun keçidi üçün 4 milyon avro ödəyib.
Son çempionatda Saba Qoqliçidze “Empoli”nin heyətində 36 oyun keçirib.