Həkimlər üçün təlim

Allsport.az xəbər verir ki, milli komandalarının və premyer liqa klublarının həkimləri üçün ilkin tibbi yardımın göstərilməsi və travmalar mövzusunda təlim keçirilib.

AFFA-nın baş həkimi Vyaçeslav Xomenkonun rəhbərlik etdiyi təlimdə travma hallarında xəstəxanaya qədər göstərilən tibbi yardım üzrə ən son təlimatlara əsasən nəzəri biliklərin, intensiv praktiki bacarıqların aşılanması təmin olunub, mürəkkəb halların məhz komanda şəklində idarə edilməsi müzakirə edilib və praktik simulyasiyalarda sınaqdan keçirilib.

“Uptodate in Medicine” şirkətinin lisenziyalı təlimatçıları ilə birgə həyata keçirilən təlimin sonunda yazılı və praktik vərdişlərin yoxlanılması üzrə imtahandan uğurla keçən bütün iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib.

Həmin kateqoriyadan