Hələlik 8000

Avqustun 13-də “Qarabağ” çempionlar liqasının 3-cü təsnifatda APOEL klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, artıq kiprlilərlə görüşə 8 min bilet satılıb.

Qiymətlər sektorlardan asılı olaraq 2, 5, 10 və 50 manat təşkil edir. Biletləri Tofiq Bəhramov adına respublika stadionunun kassalarından, “Gənclik Mall”, “28 Mall” və “Park Bulvar” ticarət mərkəzlərindəki “Iticket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək mümkündür.

Matç mərkəzi arenada saat 20:30-da başlayacaq. İlk oyunda “Qarabağ” səfərdə 2:1 qalib gəlib.

Həmin kateqoriyadan