- Baxış sayı: 37
- 22 İyun 2026 11:16
- Baxış sayı: 66
- İyun 22, 2026
- 0

“Sabah” premyer liqanın 4-cü turunda səfərdə “Zirə”yə 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “bayquşlar”ın 2-ci məşqçisi Artur Olenin bunu söyləyib:
“Bura qələbə üçün gəlmişdik. Lakin oyuna pis başladıq. Bunun da nəticəsində qol buraxdıq. İkinci hissədə yaxşı, inamlı təsir bağışladıq. Bir neçə qol fürsətimiz olsa da, təəssüf ki, həlledici anda dəqiqlik çatmadı”.