“Həm futbolçular, həm də basketbolçular zərbələri qaçırırlar”

“Mançester Siti” premyer liqanın 27-ci turunun matçında “Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gəlib.

Allsport.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola, Erlinq Holandın oyun zamanı qaçırtdığı 100 faizlik epizodu şərh edib:

“Bir çox görkəmli oyunçuları idarə etmək mənə nəsib olub. Onlar isə buraxılmış anları həmin saniyədə unudurlar. Mümkün qədər tez edirlər bunu.

Həm futbolçular, həm də basketbolçular zərbələri qaçırırlar. Amma sonra Holand kimi sadəcə gülümsəyib irəliləyirlər. Onun belə şeyləri unutmaq üçün inanılmaz qabiliyyəti var. Bu, böyük oyunçuları xarakterizə edən şeydir”.

Həmin kateqoriyadan