Həm razı, həm də narazı

“Neftçi” təlim-məşq toplanışında paytaxtda Gəncənin “Kəpəz” klubuna 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçla bağlı “ağ-qaralar”ın baş məşqçi Samir Abbasov bunu deyib:

“Bu gün nəticə önəmli deyildi. Həm komandaya, həm də fərdi olaraq komandanın üzvlərinə tapşırıqlar verilmişdi. Əsas məqsəd futbolçuların həmin tapşırıqları yorğun halda nə dərəcədə yerinə yetirəcəklərini görmək idi.

Həm razı, həm də narazı salan məqamlar oldu. Yeri gəlmişkən, təklfimizi qəbul edib, bizə görə o qədər yol gəldikləri üçün “Kəpəz”in məşqçi heyəti və rəhbərliyinə minnətdarıq”.

Həmin kateqoriyadan