“Hər iki tərəfə alqış düşür”

Premyer liqanın 19-cu turunda “Zirə” səfərdə “Səbail”lə 0:0 hesablı heç-heçə edib.

Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov oyun haqda danışıb:

“Oyunda çoxsaylı mübarizə getdi. Daha aktiv başlayan tərəf biz idik, yaxşı da qol fürsətləri əldə etdik. 30-35 dəqiqə oyun bizim üstünlüyümüz şəraitində keçdi, daha sonra oyun bərabərləşdi. Həmin dəqiqələrdən sonra keyfiyyətli futboldan danışmaq olmaz. Çünki daha çox mübarizə gedirdi.

Süni örtüklü meydanda oynayırdıq, şiddətli külək də var idi. Futbolçuların keyfiyyətli futbol nümayiş etdirməsinə mane olurdu. Amma hər iki komandanın futbolçuları çox istəkli idilər. Buna görə də hər iki tərəfə alqış düşür”.

Həmin kateqoriyadan