- Baxış sayı: 27
- 26 Aprel 2024 13:46
- Baxış sayı: 48
- Aprel 23, 2024
- 0
21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan – Monteneqro matçı azərbaycanlı hakimlərə həvalə edilib. Allsport.az xəbər verir ki, matçı FIFA referisi Rəhim Həsənov idarə edəcək.
Ona Elşən Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Nəsiyev yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru erməni Qevorq Hovhannisyan olacaq. Ukraynalı Yuri Barbaş UEFA nümayəndəsi kimi təyinat alıb.
Almatıda keçiriləcək qarşılaşma sentyabrın 3-ü baş tutacaq.