Hacıyevdən yenilgiyə şərh

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 14-cü turunda “Neftçi”yə evdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:

“Yenidən futbol həyəcanı qayıtdı. Bu gün meydanda hər iki komandanın istəkli olduğu görsəndi. Maraqlı oyun alındı. Hər iki hissədə qol epizodları yarandı. Səhvlər də oldu, bunlar bizə istədiyimiz sonluğu gətirməyə imkan vermədi. Amma futbolçulardan razıyam, çəkinmədən oynadılar”.

Həmin kateqoriyadan