Hafiz Məmmədovun sahibi olduğu “Lans”dan 5-ci qələbə

Fransanın ikinci liqasında 17-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Odlar Yurdu Azərbaycan” (Land of fire Azerbaijan) reklamı ilə çıxış edən “Lans” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Nim “Olimpik”i ilə qarşılaşıb. Matç “Azərbaycan klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Hafiz Məmmədovun sahibi olduğu “Lans” hazırda 23 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan